|
|
|
|
Azərbaycan Respublikasının Cənubi Afrikadakı səfirliyi 31 Mart Azərbaycanlıların Soyqırımı gününün növbəti ildönümü ilə əlaqədar fəaliyyət göstərdiyi ölkədəki səfirliklər və dövlət orqanları arasında bəyənat yayıb. Səfirlikdən ANS PRESS-ə verilən məlumata görə, bəyanatda Soyqırımın tarixi və ağır nəticələri haqda geniş məlumat verilmişdir.
31 Mart Azərbaycanlıların Soyqırımı haqda ümumi məlumat əks olunan bəyanatda həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Xocalı Soyqırımının baş verdiyi vurğulanıb və bu problemin hazırki günədək öz həlli yolunu tapmadığı bildirilib.
Həmçinin bəyanat CAR-da fəaliyyət göstərən Azərbaycan Dostları (Friends of Azerbaijan) qeyri hökumət təşkilatının rəsmi internet səhifəsində yerləşdirilib. İnternet səhifəsində Azərbaycanlıların Soyqırımına aid materiallara dair linklər göstərilmiş, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının E-kataloqunda yerləşdirilmiş ingilis dilində bu hadisəyə aid materiallara linklər verilib.
Bəyanatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa çağırılıb.