Bu gün Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin anım günü qeyd olunub.
BDU-dan 525.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstünü ziyarət ediblər.
Universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan rektor, akademik Abel Məhərrəmov Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışıb.
Tədbir millət vəkili Fəttah Heydərov və BDU-nun kafedra müdiri Anar İsgəndərlinin çıxışları ilə yekunlaşıb.