https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Azərbaycanlı nazir müavini erməniyə rəqib oldu

Azərbaycanlı nazir müavini erməniyə rəqib oldu
Mayın 20-də Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) Konqresi keçiriləcək.
 
Lent.az-ın məlumatına görə, iki gün davam edəcək toplantıda növbəti 4 il müddətinə qurumun prezidenti, baş katibi, vitse-prezidentləri, İcraiyyə Komitəsinin və digər komitələrin üzvləri seçiləcək.
Vitse-prezident və İcraiyyə Komitəsi üzvlüyünə namizədlər arasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da var. Vitse-prezidentliyə 5 yerə ümumilikdə 23 şəxs iddialıdır.

İsmayılovun rəqiblərindən biri Ermənistan təmsilçisi Jurik Sarkisyandır. Digər namizədlər isə Türkiyə, Hindistan, Almaniya, Kamerun, Argentina, ABŞ, Avstraliya, Malayziya, İspaniya, Rusiya, İraq, İsveç, Çexiya, Bolqarıstan, Slovakiya, Peru, BƏƏ, Qazaxıstan, Rumıniya və Tailanddandır. Həmyerlimiz vitse-prezident seçilə bilməsə, İWF-nin sıravi üzvü ola bilər. Bunun üçün o, ümumilikdə 44 namizəd arasından “8-liy”ə girməyi bacarmalıdır.

Qeyd edək ki, İWF prezidenti postu uğrunda qurumun hazırkı başçısı Tamaş Ayandan əlavə, 5 namizəd də var. Baş katib vəzifəsi uğrunda 4, I vitse-prezidentliyə isə 11 namizəd var.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.