|
|
|
|
Türkiyənin Xarici İşlər Nazirliyi Şimali Koreya hökumətini təmkinli və sağlam düşüncəyə əsaslanan hərəkət etməyə çağırıb.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, nazirlikdən verilən yazılı açıqlamada Şimali Koreyanın son günlərdə BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq gərginliyi artıracaq açıqlamalar və davranışlar nümayiş etdirdiyi bildirilib.
XİN bu davranışların beynəlxalq sülh, sabitlik və təhlükəsizliyi təhdid edəcək səviyyəyə çatmasından narahat olduğunu bəyan edib. Açıqlamada Şimali Koreyanın Cənubi Koreyadakı əcnəbilərin evakuasiyasına dair son açıqlamasının qəbuledilməz olduğu vurğulanıb. Türkiyə Pxenyanı bütün dialoq kanallarını açıq saxlamağa, sağlam düşüncəylə hərəkət etməyə, arzuolunmaz hadisələrin baş verməsinə imkan verməməyə çağırıb.



