|
|
|
|
İspan jurnalistlərdən biri “Barselona”nın baş məşqçisi Luis Enrikenin “Valensiya”ya qarşı oyunundan (4:2) sonra keçirilən mətbuat konfransında yatıb.
Qol.az-ın xəbərinə görə, bunu görən Luis Enrike zarafatından qalmayıb. O, əli ilə yatmış jurnalisti göstərərək deyib:
“Baxın, hələ mənim karyeramda belə şey olmamışdı. Yəqin mən darıxdırıcı adamam (gülür)”.
Sonra L.Enrike həmin jurnalistə üzünü tutaraq bunları söyləyib: “Sabahın xeyir! Necəsən?”