|
|
|
|
Dünən Azərbaycanda fəaliyyət göstərən bir sıra internet saytların fəaliyyətində problem yaranıb.
525.az-ın məlumatına görə, bu internet resursları arasında "apa.az", "vesti.az", "news.az", eləcə də rusdilli "day.az" saytı var. Ekspertlər adıçəkilən saytlara hücumların Ermənistan tərəfdən olunduğunu ehtimal edirlər.
Bunun səbəbi isə azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana gətirilib həbsdən azad edilməsinin Ermənistan tərəfindən hiddətlə qarşılanmasıdır.
Qeyd edək ki, hazırda saytların normal fəaliyyət göstərməsi üçün mövcud problem həll edilmək üzrədir.