|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Şamaxı rayonuna səfər edib.
525.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.