Macarıstan prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı - “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.
AzərTac-ın məlumatına görə, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.
Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.