|
|
|
|
"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Xosep Mariya Bartomeu məlumat verib.
O deyib ki, iyunun 30-u argentinalı hücumçu ilə müqavilənin müddətini 2021-ci ilin iyuluna qədər uzadıblar. L.Messi millinin düşərgəsindən qayıtdıqdan sonra bu, ictimaiyyətə rəsmən təqdim ediləcək.
Qeyd edək ki, Messinin "Mançester Siti" ilə müqavilə imzalayacağı iddia edilirdi.