|
|
|
|
Niaqara şəlaləsi qismən donub.
“Report” xarici KİV-inə istinadən xəbər verir ki, Kanadada və ABŞ-ın şimal hissəsində qeydə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olub.
İnformasiyaya əsasən, 2018-ci il yanvarın 1-də şəlalənin yerləşdiyi Kanadanın Ontario əyalətində 26 dərəcə tarixi şaxta qeydə alınıb. Adətən, ilin bu vaxtlarında həmin bölgədə 0-7 dərəcə şaxta olur.