|
|
|
|
20 Yanvar şəhidləri Türkiyə-Azərbaycan Həmrəyliyi və Mədəniyyəti Dərnəyi Mərkəzində (İSTAD) təşkil edilən foto-sərgidə anılıblar.
İSTAD-ın rəhbərinin müavini Mətin Yıldırım tərəfindən hazırlanan sərgidə hər iki ölkənin himni səslənduirilib və müstəqillik uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən geniş söz acaraq tədbir iştirakçılarının bu hüzn gününun Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olduğunu bildirib, bu günun müasir tariximizə Qanlı Yanvar kimi həkk olunması ilə yanaşı, həm də milli oyanış günü kimi xarakterizə olunduğunu vurğulayıb.
Sərgi iştirakçıları 1990-ci ilin qanlı yanvarını əks etdirən fotolarda xalqımızın Sovet İmperiyası qarşısında əyilməzliyinin, mətinliyinin və rəşadətinin şahidi olublar. 28 il əvvəl Azərbaycan xalqının keçdiyi yüksəliş yolu barədə dolğun, ətraflı təsəvvür əldə ediblər.
Türkiyə-Azərbaycan qardaşlığının və həmrəyliyinin vurğulandığı anım gecəsi azərbaycanlı məktəbli Səidə Ömərin Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini söyləməsi ilə yekunlaşıb.
A.Ağazadə
İstanbul