|
|
|
|

Jurnalistlər üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunma tarixi məlum olub.
525.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu xəbər yayıb.
Xəbərdə bildirilir ki, yanvarın 30-da, saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində mənzil almış jurnalistlərə açar və sənədlərin təqdimat mərasimi keçiriləcək.



