
Türkiyə Baş Nazirlikdən hadisəylə bağlı açıqlama:
“Bu gün saat 16 radələrində Suriyanın açdığı top atəşi nəticəsində, Şanlıurfanın Akçakale bölgəsində 5 vətəndaşımız həyatını itirdi, 9 vətəndaşımız isə yaralandı. Bu mənfur hücuma anında qarşılıq verilib, radarla təsbit olunan Suriyadakı nöqtələrə top atəşi açılaraq hədəflər vurulub. Hadisəylə bağlı baş nazir Rəcəb Tayyip Ərdoğanın təlimatlarıyla Xarici İşlər Nazirliyi lazımi diplomatik müdaxilələrə dərhal başlayaraq, BMT-nin Baş Katibi Pan Gi Mun və təşkilat üzvləri bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları edib.
Bu çərçivədə NATO baş katibi Anders R;asmussen ilə də telefonla danışlıb və NATO Şurası təcili olaraq toplanıb.
Türkiyə beynəlxalq hüquqlar çərçivəsində Suriya rejimin daxili təhlükəsizliyimizə müdaxilələri əsla qarşılıqsız qalmayacaq”.



