"Virtualaz.org" saytında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin Avropadakı "dəbdəbəli" həyatıyla bağlı məqalə dərc olunub.
Yusif Əliyevin müəllifi olduğu yazını ixtisarla oxucurlara təqdim edirik.
Redaksiyanın "kseroksundan" sürüşüb çıxan bu fotoşəkillər bizi xeyli təəccübləndirdi... Əvvəlcə düşündük ki, hansısa anonim-xuliqan yaramazlıq edərək bu fotoları göndərib. Lakin illüstrasiyaların altında imza dayanırdı: Göndərən: London, Karnabi street. Viktor Filimonov. Fikirləşdik ki, bu Filimonov deyilən kimdisə ünvanı səhv salıb. Hərçənd düzünü desək, familiya bizə tanış gəlirdi. Lakin yaddaşımızı qurdalamadan bu soyad bizə heç nə demirdi. Və birdən... telefona xaricdən zəng gəlir. Mobil telefonla deyil, adi stasionar telefonla.
- Salam! Mən Londondanam. Aldınız? - dəstəkdən səs gəldi. - Bizim fotoları aldınız?! - çoxmənalı ani sükutdan sonra zəng edən sualı dəqiqləşdirdi.
- Özünüzü təqdim edin, zəhmət olmasa! - nəzakətlə, amma kifayət qədər soyuq tərzdə cavab verdim.
- Necə yəni?! Siz məni yaddan çıxarmısınız?! - zəng edən incik səslə deyir. - Yada salın, ötən il sizdə "Bu gün biz səninlə kefdəyik!" başlıqlı məqalə dərc edilmişdi. Siz hələ orada ehtiyatla mənim də adımı çəkmişdiniz - İngiltərənin ən bahalı universitetlərindən birinin tələbəsi və piterli oliqarx Viktor Filimonovun oğlu. Mən buna görə sizdən incimişdim, çünki barəmdə "donosçu" imici yaranırdı...
- Həə, xatırladım! Amma bu nə pornoşəkillərdir bizə göndərmisiniz? - mən kifayət qədər kəskin tonda onu qınayıram.
- Necə?! - Filimonov özünü itirmiş halda sual edir. - Siz həmin fotolarda yer alanların heç birini tanımadınız?!. Axı orada Azərbaycan inqilabi-demokratiyasının atasının, Rusiyanın Navalnısı tipində birinin oğlu Türkel Kərimlidir...
Aman Allah! Bu, heç bizim ağlımıza da gəlməzdi. Bu ki doğrudan da Türkeldir! Xalq cəbhəsinin əvəzedilməz və elə o qədər də içiboş lideri Əli Kərimlinin oğlu. Həmin Kərimlinin ki, Bakı küçələrinin tinlərində milli səfalət və öz xalqının hüquqlarının tapdalanması barədə teatr şouları təşkil edir...
Bəli, əziz oxucu, bütün bunlar gülməli görünə bilərdi... Buna inanmamaq isə bundan sonra bir az çətindir. Axı hələ bir il əvvəl, elə həmin Filimonovun faktlarına görə, bizdə Türkel Kərimliylə bağlı məqalə dərc olunmuşdu.
"...ABŞ-dan olan rəfiqəmin hesabına, - rusiyalı tələbə bizə İngiltərədən məlumat verirdi, - daha dəqiq desəm, onun qızını görməyə gəlmiş imkanlı atasının hesabına Londonda ekzotik içkilərin və nadir qidaların verildiyi bu məşhur barda oldum. İngilislər bura amerikan barı (The American bar) deyir... Amerikalı sinif yoldaşım olmasaydı, çətin ki, bura düşə biləydim. Atam simic deyil, amma bu məşhur barın yerləşdiyi "Savoy" barına məni heç vaxt aparmazdı. O, gözə kül üfürməyi xoşlayanlardan deyil. Ola bilsin, ona görə ki, pul göydən tökülmür..."
Azərbaycanın milli odlu-alovlu inqilabçısı Əli Kərimlinin oğulcığazının ingilislərə nümayiş etdirdiyi o səhnəni yenidən qələmə almaq fikrində deyilik. Heç o biri səhnəni də yenidən gözlər önündə canlandırmayacağıq - hələ 2016-cı ilin sentyabrında ABŞ Konqresinin Tom Lantos adına insan haqları komissiyasındakı dinləmələrdə azərbaycanlı Kərimli "DQR"in separatçı rejiminin təmsilçisi Bako Saakyanla eyni cəbhədən çıxış edirdi. Tarix bu aşağılayıcı qalmaqalı da xatırlayır. Ata Kərimli o vaxt bu anlaşılmazlığı təsadüflə izah etməyə çalışmışdı, guya oğul Kərimli bilmirmiş ki, dinləmələrə separatçı da qatılacaq.
Filimonov amerikalının bir sözünü də unutmayıb ki, Kərimli Bakıdakı neft sənayeçilərindən birinin deyil, Azərbaycanın məşhur siyasi xadiminin oğludur və guya ki, insanlar həmin o siyasi xadimi ilahiləşdiriblər, siyasi hakimiyyət isə ondan qorxur.
- Bu pulların haradan gəlməsi məlum oldu, - az qala Nekrasovsayağı tərzdə, funt sterlinq əskinaslarını sağa-sola xərcləyən ipə-sapa yatmayan tələbəyə baxaraq, amerikalı bildirir. - Bu oğlan bizim qrantları səpələyir... Amerikalı və britaniyalı vergi ödəyicilərinin dilənçi paylarını xərcləyir.
Yalnız həmin əskinasların hesabına Əli Kərimli oğlunu İngiltərənin elit və çox bahalı universitetinə yollaya bilərdi.