|
|
|
|
Milli Məclisdə (MM) deputat mandatından məhrum edilmiş Gülər Əhmədovanın yerinə təyinat olacaq.
MM-dən APA-ya verilən məlumata görə, G. Əhmədovanın indiyədək tutduğu parlamentin İntizam Komissiyasının katibi vəzifəsinə təyinat növbəti plenar iclaslardan birində ediləcək.
Qeyd edək ki, MM-in İntizam Komissiyasının sədri Siyavuş Novruzovdur, Komissiyanın katibi isə oktyabrın 4-dək G. Əhmədova idi.