Şimal regionunda prezident seçkiləri üzrə səsvermə fəal başlayıb.
APA-nın şimal bürosunun verdiyi məlumaat görə, bölgə üzrə qeydiyyata alınan seçicilərin sayı 282 min 293 nəfərdir. Onlardan 4 min 719 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. 62 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Bu bölgənin ən yaşlı seçicisi Siyəzən rayonunun Böyük Həmyə kəndinə yaşayan 109 yaşlı Nəzimə Dəmilovadır.
Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir.