"Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil. 1918-ci ilin dekabrında parlament yeni tərkibdə fəaliyyətə başlayıb".
APA-nın xəbərinə görə, bunu Ombudsman və AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda institutun direktoru, akademik Yaqub Mahmudov deyib.
O bildirib ki, 1918-ci il mayın 28-də Zaqafqaziya Seymində müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edib:
"Müsəlman fraksiyasında təmsil olunan deputatları isə xalq seçmişdi. Bununla da, Azərbaycanın ilk parlamenti yaranmışdı".