https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2024-05/312988_fjdm479f4t.jpg Dünya mətbuatının Qarabağ mövzusuna baxışı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAĞLAR, ÇAYLAR, AĞACLAR, ÇİÇƏKLƏR KİMİ SAF - Rafael Hüseynov yazır
search
8 May 2024

Bred Pit uşaqlarını döyürmüş

Bred Pit uşaqlarını döyürmüş

Aktyor Bred Pitə qarşı cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı ilk olaraq TMZ saytı yayıb. Aktyor öz uşaqları ilə kobud rəftarda və onlara qarşı zorakılıq tətbiq etməkdə günahlandırılır.

Hətta ulduzun keçən həftə öz şəxsi təyyarəsində səyahət edərkən əsəbiləşərək uşaqlardan birini vurduğu iddia edilir.

Bəzi mənbələr bildiri ki, Coli məhz ərinin uşaqlara qarşı rəftarına görə ondan boşanmaq istəyib.

Qeyd edək ki, 2005-ci ildə "Mister və Miss Smit" filmində tanış olan cütlüyün 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar.

Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb - 14 milyon dollar. Həmin pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.