"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Naxçıvan aviareysinin həyata keçirilməsi ləngiyir. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat veriblər. Aeroportdan bildiriblər ki, yerli vaxtla saat 14:00-da reallaşdırılması planlaşdırılan aviareys texniki səbəblərə görə 17:00-dək təxirə salınıb. Hava limanından deyiblər ki, aviareysin həyata keçirilməsi texniki səbəblərdən hələlik 17:00-dək dayandırılıb.