|
|
|
|
Millət vəkili Qənirə Paşayevanın əmisi Nikolay Paşayev qəflətən vəfat edib.
Bu barədə Qənirə Paşayevanın “Facebook” səhifəsində məlumat verilib.
"Əziz dostlar! Millət vəkili Qənirə Paşayevanın bu gün qəfildən dünyasını dəyişən, rəhmətə gedən əmisi ilə bağlı bütün başsağlığı göndərən dostlara təşəkkür edirik! Allah rəhmət etsin, əzizlərinə səbr versin! Qənirə xanımla telefonla əlaqə saxlaya bilməyən bəzi dostlar facebook məsaj qutusuna narahat olduqlarını yazıblar. Qeyd edək ki,cənazə dəfn olunmaq üçün bir az əvvəl Tovuzdakı ailə qəbirstanlığına aparıldığı üçün Qənirə xanım və ailənin digər üzvləri də Tovuza dəfn mərasiminə iştirak etməyə getdilər.Özü mütləq müsayət bir zamanda zəng və məsajlarınıza cavab verəcək".