|
|
|
|

Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın ərazi bütövlüyü təhrif edilib.
APA-nın məlumatına görə, http://www.vm.ee saytının “Səyahətçilər üçün” bölməsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın deyil, Ermənistanın ərazi kimi göstərilib.
APA-nın əməkdaşı Estoniya XİN-in mətbuat şöbəsi ilə əlaqə saxlayaraq bu yanlışlığı onların diqqətinə çatdırıb.
Bundan sonra yanlışlıq aradan qaldırılıb, Naxçıvan MR saytda Azərbaycanın ərazisi kimi göstərilib.



