|
|
|
|

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarovun işi üzrə zərərçəkən kimi tanınan Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə peosesi başlayıb.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, T.Rəcəbov 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı, polkovniki olub.
Еəqsirləndirilən şəxs ittiham aktını əldə etmədiyini söyləyib. Məhkəmə iclası iyulun 11-də davam edəcək.
Qeyd edək ki, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənova torpaq sahəsini sənədləşdirmə vədini verərək, 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
T.Rəcəbov qızıl biznesi ilə məşğul olub. İş adamı kimi tanınan T.Rəcəbov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb. T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.



