|
|
|
|
Nikaraquada apreldən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 448 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.
“Ölənlərdən 31 nəfəri həddi-buluğa çatmayan şəxslərdir, 2083 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər.
Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.