Yerevan meriyasının inzibati binası qarşısında müddətsiz oturaq etiraz aksiyası davam edir.
Trend-in şənbə günü "Armenia Today"ə istinadən verdiyi məlumaat görə, aksiya iştirakçıları meriyanın Nəqliyyat İdarəsinin rəisi və "Yerevan trans" şirkətinin direktorunun istefasını tələb edirlər.
Etirazçılar tələbləri icra edilməyənədək meriya binası önündə gecə-gündüz qalmağa hazır olduqlarını bildiriblər. Onlar ictimai nəqliyyatda gediş haqqının artırılması barədə qanunsuz qərarın dayandırılması deyil, ləğv edilməsini tələb edirlər.