İtaliyada Ali məhkəmənin haqqında həbs cəzası çıxardığı bu ölkənin sabiq baş naziri Silvio Berluskoni günahsız olduğunu açıqlayıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Romada ona dəstək üçün toplanan mindən artıq insanın qarşısında çıxış edən Berluskoni həyatının ən kədərli anlarını yaşadığını bildirib. Bundan başqa sabiq baş nazir italiyadakı böhranın aradan qaldırılması üçün hökumətin təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb. Xatırladaq ki, vergidən yayınmaqda ittiham olunan Silvio Berluskoni Ali Məhkəmənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib həmçinin ona 5 il dövlət işlərində çalışmaq qadağan olunub.