|
|
|
|

Baş nazir Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Bir saata yaxın davam edən telefon söhbətində, Suriya və Misir başda olmaqla bölgədəki son vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Baş nazir Ərdoğan, Suriya məsələsində beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının konkret addımlar atmasının vacibliyini vurğulayıb.
Diğər tərəfdən Misir məsələsində də bütün tərəflərin iştirakı ilə təcili olaraq demokratiyaya qayıdılmasının böyük əhəmiyyət kəsb etdiyi dilə gətirilib.
Görüş zamanı, Türkiyə-Rusiya arasındakı əlaqələrdən də danışıldığı bildirilib.
Baş nazir bu görüşdən əvvəl, Xarici işlər naziri Əhməd Davudoğlu və Avropa İttifaqı naziri ilə bir saata yaxın görüş keçirmişdi.
TRT



