|
|
|
|

Türkiyə ən çox turist cəlb edən 6-cı ölkə olub.
BMT-in Turizm Təşkilatı, dünyada ən çox turist cəlb edən ölkələrin başında Fransanın yer aldığını, Türkiyənin keçən il 35.7 milyon turistlə dünyada ən çox ziyarət edilən 6-cı ölkə olduğunu açıqlayıb.
İstanbul isə ən populyar şəhərlər siyahısında 6-cı yerdədir.
66 milyon əhalisi olan Fransa, keçən il 83 milyon turisti qonaq edib. Fransanı, siyahıda ikinci yeri tutan ABŞ-dan 16 milyon daha çox turist ziyarət edib.
İlk 5 ölkə arasında yer alan ABŞ-ı Çin, İspaniya və İtaliya təqib edib.
Ən çox turist cəlb edən digər ölkələr sırasında İtaliyanı 46.4, Türkiyəni 35.7, Almaniyanı 30.4, İngiltərəni 29.3, Malayziyanı 25.8 və Rusiyanı 25.7 milyon turist ziyarət edib.
Türkiyəyə gələn 35.7 milyon turist 25.7 milyard dollar xərcləyib. ABŞ-ı ziyarət edən turistlərin orta hesabla 1.884 dollar, Türkiyəyə gələn turistlərin isə 719 dollar xərclədiyi ifadə edilib.



