|
|
|
|

Türkiyənin Hatay vilayətində güclü meşə yanğını tüğyan edir. Yanğın Güldərən rayonunda artıq 1000 hektardan çox meşə sahəsini məhv edib. Yanğın bazar ertəsi gecədən başlayıb və güclü külək səbəbindən 1 sutka ərzində geniş bir ərazini əhatə edib.
Alovla mübarizəyə 2 təyyarə, 6 helikopter, 30 yanğınsöndürən texnika və 300 yanğınsöndürən cəlb olunub. Qonşu Kahramanmaraş, Osmaniyə və Qaziantep vilayətlərindən də yanğınsöndürənlər cəlb edilib. Bölgədə külək əsdiyindən, hələ də yanğını nəzarət altına almaq mümkün olmayıb.
Yanğının başlamasının səbəbini araşdırmaq üçün istintaq işi açılıb. Polis yanğına sakinlərin səhlənkarlığının səbəb olduğunu ehtimal edir. Lakin bütün Aralıq dənizi ölkələrində olduğu kimi, Türkiyədə də yay isti və quru keçdiyindən, burada meşə yanğınları nadir hal deyil.



