|
|
|
|

“Misirdə baş verən son hadisələr zamanı yüzlərlə insanın ölməsi, minlərlə insanın xəsarət alması heç bir demokratiyaya xidmət etmir”.
APA-nın məlumatına görə, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının Qəbələdə keçirilən toplantısında Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu deyib.
O, Misirdə baş verən proseslərinin miqyasının böyüməməsi üçün beynəlxalq ictimaiyyətin birgə səy göstərməsinin vacibliyini vurğulayıb: “Qərbin bu hadisələrə münasibəti, mövqeyi bizim üçün maraqlı olacaq. Misir Türkiyə üçün dost və qardaş bir ölkədir. Biz orada baş verən hadisələrdən çox üzüldük. Baş verən hadisələrlə əlaqədar müxalifətlə görüşlərimiz olur. Əsas məqsədimiz Misiri normal ölkəyə çevirməkdir. Danışıqların və edilən tövsiyələrin bir nəticə verəcəyinə əminik”.



