Telekanal beynəlxalq media nümayəndələrinə çağırış etdi
Qahirənin Ramses meydanındakı Əl Fəth məscidinə xəbər hazırlamaq üçün gedən TRT-nin Qahirədəki müxbiri Mətin Turanın da olduğu təxminən 500 nəfərlik qrup məscidə sığınıb. Misir təhlükəsizlik gücləri tərəfindən bu ərazi 18 saat müddətində mühasirədə saxlanılıb.
Əl Fəth məscidinə qaz bombaları ilə müdaxilə edildikdən sonra mühasirə qaldırılıb. TRT və Anadolu Agentliyi müxbirləri müvəqqəti hökumət tərəfindən həbs ediliblər. Həbs edilən türk mətbuat mənsublarından Anadolu Agentliyi müxbiri Hiba Zəkəriya azad edilib.
TRT-nin Bakı təmsilcisi Yüksəl Değercanın verdiyi məlumata əsasən, TRT müxbiri Mətin Turanın həbs müddəti uzadılıb. Mətin Turanın azad edilməsi üçün Türkiyənin Qahirə səfirliyi nümayəndələri diplomatik danışıqları davam etdirirlər. Səfirlik nümayəndələri və vəkillərdən ibarət qrupun M.Turanın saxlanıldığı həbsxanaya getdiyi də bildirilir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da son vəziyyəti ictimaiyyətə twitter vasitəsilə duyurdu.
Davudoğlu Hiba Zəkəriyyənin azad olunduğunu, Mətin Turanın isə azad olunması prosesinin davam etdiyini yazdı. Misir nümayəndələri Mətin Turanın vəziyyətinin yaxşı olduğunu, dindirilmə prosesinin qadın və gənclərdən başladığı üçün zaman aldığını açıqladı.
Bu vəziyyət Türkiyədə böyük narahatlıqla qarşılanmaqdadır. Türkiyədə prosesləri yaxından izləyən beynəlxalq media demokratik dəyərlərin, tarixin ağır zərbələr aldığı Misirdəki olayların, vəhşiliklərin kifayət qədər dünya kütləvi informasiya vasitələrinə çatdırılmamasını “yaşama haqqını tapdalayaraq və bu hadisələri işıqlandırmamaqda” görür.
“Demokratik qanunlarla müxtəlif beynəlxalq platformaların təməl gərəyi olan "şəffaflıq" və "tərəfsizlik" prinsiplərinə uyğunlaşması gözlənilir. Dünyada geden prosesləri, elecə də beynəlxalq media nümayəndələrinin üzləşdiyi problemlərə etinasız yanasmalarının şahidi oluruq. Bölgədə mülki əhali ilə yanaşı jurnalistlərin öldürüldüyünü diqqətə alaraq TRT Qahirə müxbirinin azad olunması üçün ortaq beynəlxalq media çağırışı səsləndiririk”, - çağırışda deyilir.