|
|
|
|

Rusiyanın İrəvandakı səfirliyi avqustun 17-də hansısa şəxslərin səfirlik binasına daxil olmağa çalışması və hansısa əşyaları atması barədə erməni KİV-lərində yayılmış məlumatları təkzib edir. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, səfirlik belə bir qalmaqalın iştirakçısı olmadığını bildirib.
Halbuki bir gün öncə Ermənistan polisi məlumat yaymışdı: "Avqustun 17-də gecə saat 22:55-də Rusiyanın İrəvandakı səfirliyinin yanında mühafizə işçiləri ilə Ermənistan vətəndaşları arasında toqquşma olub. Hadisə yerinə gələn polis saat 22:10-da bir qrup fəalın səfirliyin önündə etiraz aksiyası keçirdiyini müəyyən edib. Aksiya üzvləri səfirliyin mühafzəsini həyata keçirənlərlə mübahisəyə başlayıblar. Polis etiraz aksiyasının üç fəalını saxlayaraq ifadəsini alıb".
Amma göründüyü kimi, Rusiyanın İrəvandakı səfirliyi bu məlumatı təkzib edir və bu, yetərincə ağlabatan versiyadır. Hər halda, heç bir dövlətdə heç vaxt etirazçılar gecə saat 22.00-da aksiya keçirmirlər. Çünki gecə 22.00-də səfirlikdə mühafizədən başqa heç kəs olmur, media mənsubları da həmin vaxt keçirilən aksiyalara getmirlər. Deməli, xəbər yalandır və ermənilər son günlərdə Ermənistanın Avropa Birliyinə yaxınldaşması üzündən yaranmış soyuqluq fonunda Moskvaya, konkret olaraq Rusiyanın İrfvandakı səfirliyinə hədə-qorxu gəlməyə çalışırlar.



