|
|
|
|
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
BDM mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, sentyabrın 8-də Van şəhərində yerləşən Akdamar kilsəsində ayin keçirmək məqsədilə buraya gələcək ermənilərə etiraz etmək üçün BDM və ASİM-DER böyük bir qrupla həmin ərazidə olacaqlar. Məqsəd, burada ermənilərə etiraz etmək, Xocalı şəhidləri və ümumilikdə ermənilər tərəfindən günahsız olaraq qətlə yetirilmiş minlərlə insan üçün qiyabi cənazə namazı qılınacaq və onlara dualar ediləcək.
Eyni zamanda ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım cinayətlərini özündə əks etdirən fotosərgi nümayiş olunacaq.



