|
|
|
|

İlqar Məmmədov (İlqar Altay) prezident seçkisində iştirakdan imtina edib. Mərkəzi Seçki komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevin ANS PRESS-ə verdiyi məlumata görə, İlqar Altay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktub yazaraq seçkidə iştirakdan imtina edib.
Seçkidə itirakdan imtinanın səbəbi məlum deyil.
Xatırladaq ki, İlqar Altay oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentliyinə keçiriləcək seçkidə namizəd kimi iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib və onun namizədliyi təsdiq olunub.



