ABŞ prezidenti Donald tramp jurnalistlərə Şimali Koreya lideri Kim Çen Inla danışıqların uğurla keçdiyini deyib.
Bu barədə Trend xarici KİV-ə istiandən xəbər verir.
Danışıqlar zamanı Tramp "böyük uğurun əldə olunduğunu" deyib: "Şimali Koreyanı parlaq gələcək gözləyir".
Qısa fasilə zamanı Tramp və Kim Çen In jurnalistlərlə görüşüblər.
ABŞ-ın Pxenyanda rəsmi nümayəndəliyinin açılması barədə sualı cavablandırarkən Tramp bildirib: "Çox maraqlı sualdır, ona cavab almaq istərdim. Maraqlı ideyadır".