Azərbaycan Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Strateji Menecment Məktəbi” layihəsi davam edir.
Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir.
Layihənin Biznes Simulyasiya oyunu mərhələsinin ilk həftəsində iştirakçılara onlayn oyunun təqdimatı keçirilib, onlar interfeyslə tanış olublar, eləcə də, iştirakçıların oyunda qeydiyyatı həyata keçirilib və onlara ilk həftənin tapşırıqları izah olunub.
İkinci həftədə keçirilən görüşdə ilk həftənin nəticələri müzakirə edilib, növbəti həftənin tapşırıqları ilə tanışlıq olub.
Layihə iştirakçıları komandalar şəklində “Strateji Menecment” virtual simulyasiya oyununda yarışırlar.