Bakıda 28 yaşlı oğlanı öldürən şəxsin qadın olduğu müəyyənləşib.
Binəqədi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 28 yaşlı Elçin Allahverdiyevin 1979-cu il təvəllüdlü Mədinə Mürsəliyeva tərəfindən qətlə yetirildiyi bəlli olub və qadın saxlanılıb.
Hadisə sentyabrın 17-də Şövkət Məmmədova küçəsində baş verib. 1985-ci il təvəllüdlü, Fizuli rayonundan olan məcburi köçkün Allahverdiyev Elçin Teyyub oğlu naməlum şəraitdə naməlum şəxs tərəfindən bıçaqlanıb. E. Allahverdiyev ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.