|
|
|
|

Bakı sakininin külli miqdarda pulu oğurlanıb.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən saat 15.00 radələrində baş verib.
Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Qurban Xəlilov «Texnikabank»dan çıxarkən, iki nəfər naməlum şəxs onun əlində olan polietilen paketə bükülmüş 50 min 966 manat pulu alaraq qaçıblar.
Faktla bağlı araşdırma aparılır.



