
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar sentyabrın 24-də Lənkərana səfər edəcək.
Səfirlikdən APA-ya verilən məlumata görə, R. Morninqstar səfərinə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşlə başlayacaq.
Görüş sentyabrın 24-də baş tutacaq və mətbuat nümayəndələri üçün açıq olacaq.
Görüşdən sonra səfir media nümayəndələrinin suallarını cavablandıracaq.
Səfir “Palsüd” Süd məhsulları fabrikinə və “Azərsun” Çay Qablaşdırılması və Çay zavoduna da baş çəkəcək.



