|
|
|
|

Dövlət Neft Şirkəti intihar edən işçisi ilə bağlı məlumat yayıb.
525.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 26-da ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin təmir-istismar sahəsinin 11-ci dərəcəli ustası, 1969-cu il təvəllüdlü Seyidov Kamran Nazim oğlu təsərrüfat işləri ilə məşğul olmaq məqsədi ilə Şirkətin Baş ofisinə gəlib, namaz qılmaq üçün ibadət otağına daxil olaraq naməlum səbəblərdən intihar edib.
Faktla bağlı araşdırma aparılır.



