https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının VIII turunun “Bakı” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, kluba 5000 manat cəza kəsilib.

Oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 57-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2000 manat cəza tətbiq edilib.

Oyunun 10 və 59-cu dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının VIII turunun “Simurq” – “Qəbələ” matçının 36-cı dəqiqəsində “Simurq” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimələnib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.