|
|
|
|

Azərbaycan prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, sərəncama əsasən Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, Zakir Həsənov bu gün Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin olunub.



