Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin rəhbərliyində dəyişiklik edilməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən Trend-ə daxil olan məlumatda qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Altay Mehdiyevin dəyişdirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumatlar həqiqəti əks etdirmir.