Oktyabrın 26-da Bakı və Abşeron rayonunda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru az çiskinli olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Temperatur gecə 8-11, gündüz 15-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasın səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışların intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 17-22 isti olacaq.