Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarını ləğv edilib.
APA-nın məlumatına görə, bu barədə A. İsmayılov “Facebook”da məlumat verib.
“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi”, - deyə A. İsmayılov bildirib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında A. İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edilib. Qərar intizam icraatı çərçivəsində qəbul olunub.