
Türkiyənin elm və ədəbiyyat dərgisi "İLESAM"ın 19-cu sayı işıq üzü görüb. Dərginin budəfəki mövzusu "Türkün oyaq vicdanı: Çingiz Aytmatov"dur.
Dərgi şair Mehmet Nuri Barmaqsızın "Ölümsüzlük yolundakı nəfəs..." yazısı ilə açılır. Yazını professor Nurullah Çətinin "Günümüzün manqurtlaşdırılmış türklərinə Çingiz Aytmatov xəbərdarlığı" və Ramazan Durmazın "Çingiz Aytmatov: türklərin əfsanələrini dünyaya daşıyan adam!" məqalələri davam etdirir.
Daha sonra oxucular Ayşə Qurt "Eşqə sərhəd çizilmir...", Xeyrəddin İvgin "Çingiz Aytmatovun əsərlərində milli şüur, insani və əxlaqi dəyərlər", Heyrani Altındaş "İtirdiyimiz bir dəyər: sevgi", Atabəy Qılınc "Ailə olmaq, var olmaqdır", Hülya Kasapoğlu Çengel "Anadolu Bozqırından böyük bozqıra Qazi Mustafa Kamal Atatürk...", Süer Eker "Harfiyat və öldürməyə təşəbbüs", Aygün Ağyol "Dünya türklüyünü birləşdirəcək bir körpü: kitab", "Həqiqətə gedən yolu yoxlamaq", Şurubu Kayhan "Turan coğrafiyasında türk mədəniyyəti", Mehmet Sağ "Sənəttən süzülən bilgəlik", Əli Rza Atasoy "Bu Vətən bizim", Tələt Ülkər "Aydın yabancılaşması və Bakilərin şeiri", İbrahim Şaşma "Yanmaq var-yanmaq var", Oğuzxan Akova "Sahibi və cavabdehi olaraq insan", Muhittin Arar "Yunusca..." kimi yazıları oxuya biləcəklər.
Eyni zamanda, Şərif Kutludağ "İnsana dair", Ərdəm Özdəmir "Yaşamaq", Ayşə Barmaqsız "Süni zəka zəkidir, amma ağıllıdırmı?", Yavuz Bal "Tahzen!", Necdet Cura "Qəlb: ürək damarları", Vedat Əli İnam "Türkük biz", Seyfəddin Gelekçi "Yunus Əmrə" yazılarıyla dərginin bu sayında yer alıblar.
Dərginin bu sayında Azərbaycanı Xəyal Rza "Bir uşaq təbəssümü qədər gözəl bir şeir... və ya bir uşaq ölümü qədər dəhşətli bir əsər" məqaləsiylə təmsil edir. Eləcə də yazıçı, dramaturq Pərvin Nurəliyevanın şair Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabı haqqındakı məqaləsi də çap olunub. P.Nurəliyevanın məqaləsi "Qələmlə, yaxud qələmsiz..." adlanır. Şairin 55 illik yubileyinə ərmağan olan məqaləni Türkiyə türkcəsinə İmdat Avşar tərcümə edib.
Sonrakı səhifələrdə "İLESAM"ın bu sayında müxtəlif mövzulara həsr olunmuş "Dəyişən dünyadan anama xəbər" (Xeyriyə Çitoğlu), "İki kəlmə" (Birdal Can Tüfekçi), "Qadın cinayətləri" (Orxan Oyanıq), "Şair Nefi və Quyucu Murad Paşa" (Abdullah Satoğlu), "Qırıq Ayna" (Mustafa Ayvalı), "Dilimizdir milli şüuru bəsləyən" (Sibəl Unur Özdəmir), "Pranqalar vurulmaz" (Əli Aydəmir), "Bir insan olaraq Sultan II Əbdülhəmid" (Tayfun Atmaca), "Heç" (Abidin Güneyli), "Həyatın riyaziyyatı" (Ayşə Yasəmən Yüksəl), "Sergey Qriqoryeviç Klyaştornıy" (Tuncər Gülənsoy) yazıları yer alıb.
"İLESAM" dərgisinin 19-cu sayı Akberen Elgezekin "Novruz" şeiri ilə tamamlanır.
Şahanə MÜŞFİQ



