Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 15156 bələdiyyə üzvlüyünə 15154 nəfər artıq seçilib.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, digər 2 namizədin səsi isə bərabərdir və buna görə də onlar seçilməmiş sayılır: "Hazırda bu istiqamətində araşdırmalar gedir və sonda nəticələr dəyişə bilər”.