|
|
|
|

“Gənclərin Maarfiləndirilməsinə və İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə erkən nikah və insan alveri ilə mübarizəni özündə əks etdirən “Uğurlu Gələcək Naminə” layihəsinin ictimaiyyət və media nümayəndələri üçün təqdimatını keçirib.
Bir sıra media və ictimaiyyət nümayəndələrinində iştirak edən təqdimatı giriş sözü ilə açan birliyin sədri Rüfət Cavadzadə layihə çərçivəsində görüləcək işlər və atılacaq addımlar barədə məlumat verib, daha sonra çıxış edən təlimçilərdən hüquqşünas Ülviyə Rəhimova və psixoloq Günel Tağızadə keçiriləcək təlimlərin xüsusiyyəti barədə məlumat verib.
Layihənin təlimçiləri erkən nigah və insan alverinin doğurduğu problemlərə toxunub. Eyni zamanda erkən nigah və insan alverinin psixoloji və hüquqi aspektlərini media nümayəndələrinin diqqətinə çatdırıblar. Həmçinin bu problemlərin kökündə iqtisadi amillərin də dayandığı qeyd olunub .
Layihə Bakı və Sumqayıt şəhərlərində icra olunmaqdadır.Bu şəhərlərin hər birində iki günlük təlim kursları təşkil olunacağı bildirilib.
Samirə QULİYEVA



