Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Holokost Forumunda iştirak edəcək.
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin Sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi sədri Səməd Seyidov 22-23 yanvar tarixlərində Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş “Dünya Holokost Forumu 2020”-ə qatılacaqlar.
Qeyd edək ki, sözügedən forumda 40-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.