“Buta Airways” ən punktual aviaşirkətlər siyahısında yer alıb.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, Ufa Beynəlxalq Aeroportu 2019-cu ilin nəticələri əsasında “Buta Airways”i qüsursuz punktuallığa görə “TRUE Altitude” sertifikatı ilə mükafatlandırmışdır.
Qeyd edək ki, “Buta Airways” Ufanın əsas hava limanına həftədə 2 reys həyata keçirir.