|
|
|
|

Kiyevdə "Ukrayna-Azərbaycan" dəyirmi masası və "Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu"nun növbəti iclası keçirilib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, dəyirmi masada çıxışında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov ötən ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə səfərinin və 200-ə yaxın şirkətin iştirakı ilə keçirilmiş biznes forumun iqtisadi əlaqələrimizin inkişafı və şirkətlərin qarşılıqlı investisiya layihələrində iştirakı üçün təkan verdiyini qeyd edib.
"Azərbaycan və Ukrayna arasında dostluğa əsaslanan siyasi münasibətlərin hazırkı səviyyəsi iqtisadi əlaqələrin uğurlu inkişafı üçün də təməl yaradır. Ukrayna indiyə kimi Azərbaycan iqtisadiyyatına 25,4 mln. ABŞ dolları, Azərbaycan isə Ukrayna iqtisadiyyatına 1,1 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Bugünkü toplantı bu göstəricilərin daha da artırılmasına töhfə verəcək", - deyə nazir qeyd edib.



